Rusiyanın ən böyük 200 özəl şirkətinin gəlirləri 2020-ci ildə 43,4 trln. rubl (603 mlrd. ABŞ dolları) təşkil edib.
"APA-Economics"in "Forbes" jurnalına istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyası fonunda sözügedən şirkətlərin gəlirləri ötən il ərzində 2,5% və ya 1,1 trln. rubl (15,3 mlrd. dollar) azalıb. Halbuki 2019-cu ildə gəlirlərdə 12,9%-lik artım qeydə alınıb.
Ölkənin ən böyük 200 özəl şirkəti arasında ən çox gəlir əldə edən Rusiyanın ən böyük özəl neft-qaz şirkəti sayılan "Lukoil" olub. Neft-qaz nəhəngi ötən il 5,639 trln. rubl (78,38 mlrd. dollar) gəlir əldə edib ki, bu da illik müqayisədə 28% azdır.
Rusiyanın ən böyük 200 özəl şirkətinin 2020-ci ildəki gəlirləri üzrə reytinqi:
# |
Şirkət |
2020-ci ildəki gəlir, mlrd. dollar |
1 |
Lukoil |
78,38 |
2 |
X5 Group |
27,49 |
3 |
Magnit |
21,60 |
4 |
Nornickel |
15,63 |
5 |
Surgutneftegas |
14,9 |
6 |
Megapolis Group companies |
10,97 |
7 |
Evraz |
10,71 |
8 |
Tatneft |
10,02 |
9 |
Novatek |
9,89 |
10 |
Novolipetsk Steel |
9,29 |