Rusiyanın ən böyük bankı hesab edilən "Sberbank" 2023-cü ilin birinci rübündə 350,2 milyard rubl xalis mənfəət əldə edib.
"APA-Economics" bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, bu məbləğ bütün 2022-ci ilin mənfəətini üstələyir. Təkcə mart ayında isə "Sberbank"ın mənfəəti 125,3 milyard rubl təşkil edib.
Bankın faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən bu ilin yanvar-mart aylarında 22,4% artaraq 517,1 milyard rubla, mart ayında isə 32,9% artaraq 180,6 milyard rubla, komissiya gəlirləri 14,4% artaraq 156,4 milyard rubla, təkcə mart ayı üzrə isə 15,3% artaraq 59,7 milyard rubla çatıb.
Hesabat dövründə bankın əməliyyat xərcləri 171,5 milyard rubla bərabər olub ki, bu da bir il əvvələ nisbətən 16,4% çoxdur. Nəticədə bankın xərc-gəlir nisbəti 22,2% təşkil edib.
"Sberbank"ın cəmi kapitalı isə bu il aprelin 1-nə 5 625 milyard rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayidə 1,3% çoxdur.