Bank Of Baku

Samir Şərifov: “Azərbaycanın dövlət borcu sahəsində vəziyyəti kifayət qədər yaxşı və sabitdir” 

Samir Şərifov, maliyyə naziri

© APA | Samir Şərifov, maliyyə naziri

# 23 noyabr 2021 17:44 (UTC +04:00)

“Təminat Fondunun əsas məqsəd və məramı odur ki, dövlət borcuna və dövlət zəmanəti ilə olan borca xidmətində hər hansı problem yarandıqda bizim ehtiyat vəsaitimiz olsun. Yəni dövlətin zəmanəti defolta uğramasın”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu gün də Azərbaycanın dövlət borcu sahəsində vəziyyəti kifayət qədər yaxşı və sabitdir: "Təminat Fondu da bu sahədə ehtiyat fond funksiyasını daşıyır. “Büdcə sistemi haqqında”, eyni zamanda “Dövlət borcu haqqında’ qanunda bəzi dəqiqləşdirici düzəlişlərin edilməsi ilə bağlı müvafiq qanun layihələrinin Milli Məclisə təqdim edilməsi də nəzərdə tutulur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR