SOCAR Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağındakı payını satıb.
Bu barədə "APA-Economics"ə SOCAR-dan bildirib.
Məlumata görə, bu il martın 31-də SOCAR yataqdakı 14,35%-lik payını CQD Upstream MMC-yə satıb.
Həmin tarixdə SOCAR CQBK və CQBK Hold Co-da 14.35%-lik iştirak payını da CQD Midstream MMC-yə ötürüb.