Bank Of Baku

Taleh Kazımov: Azərbaycanda İslam maliyyəsinin inkişafı beynəlxalq maliyyələşmənin cəlbinə əlavə imkan yaradacaq

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

© APA | Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

# 25 sentyabr 2026 17:01 (UTC +04:00)

Azərbaycanda İslam maliyyəsinin, o cümlədən bankçılıq və kapital bazarı alətlərinin inkişafı beynəlxalq maliyyələşmənin cəlb edilməsi üçün əlavə kanal yarada bilər.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: iqtisadi artım üçün tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən sessiyada Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Taleh Kazımov qeyd edib ki, İslam maliyyəsi Azərbaycanın daha geniş investor bazası ilə əlaqələrinin qurulmasına imkan verə bilər.

Taleh Kazımovun sözlərinə görə, maliyyələşmə imkanlarının şaxələndirilməsi maliyyə axınlarının dayanıqlığını artırmaqla yanaşı, iqtisadi tsiklin müxtəlif mərhələlərində maliyyə sisteminin investisiyaları dəstəkləmək imkanlarını da genişləndirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR