Planet ABŞ və Çin arasında müharibə astanasındadır. Bu vəziyyət qlobal iqtisadi fəlakətə səbəb ola bilər.
"APA-Economics"in məlumatına görə, bunu amerikalı maliyyəçi və "Bridgewater Associates" investisiya şirkətinin təsisçisi Rey Dalio CNBC-nin efirində deyib.
O hesab edir ki, Vaşinqtonun Çini və onun mədəniyyətini "daha çox amerikalı" etmək üçün davamlı cəhdləri ticarət müharibəsini gücləndirə bilər. Bu, tammiqyaslı qarşıdurmaya gətirib çıxaracaq.
Məşhur maliyyəçinin fikrincə, Vaşinqton və Pekin arasında mümkün münaqişə iqtisadiyyatı sarsıda bilməsə belə, kimsə və ya başqa bir şey buna səbəb ola bilər.
Xatırladaq ki, daha əvvəl "Saxo Bank" 2022-ci il üzrə proqnozunda Rusiya, ABŞ, Çin, Avropa İttifaqı və Hindistan arasında yeni soyuq müharibənin olacağını proqnozlaşdırmışdı. Səbəb hipersəs silahları və kosmos sahəsində dərinləşən rəqabətdir.