Bank Of Baku

Tokayev: Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsini 1 mlrd. dollara çatdırmağı planlaşdırır

Tokayev: Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsini 1 mlrd. dollara çatdırmağı planlaşdırır
# 10 aprel 2023 16:30 (UTC +04:00)

Qazaxıstan və Azərbaycan arasında illik ticarət dövriyyəsi 1 mlrd. dollara çata bilər.

APA-Economics”in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə danışıqları zamanı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 40% artaraq artıq 500 mln. dollara çatıb.

“Əminəm ki, iqtisadi potensialımız tam üzə çıxdıqdan sonra biz bu rəqəmi 1 mlrd. dollara çatdıra biləcəyik. Bunun üçün bizim energetika, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, - Kasım-Jomart Tokayev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR