Bank Of Baku

Türkiyədə illik inflyasiya oktyabr ayında cüzi azalıb

Türkiyədə illik inflyasiya oktyabr ayında cüzi azalıb
# 03 noyabr 2023 11:41 (UTC +04:00)

Türkiyədə illik inflyasiya bu ilin oktyabr ayında cüzi azalıb.

"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin oktyabr ayında inflyasiya 61.36%-ə kimi enib. Sentyabr ayında bu rəqəm 61.53% təşkil etmişdi. Sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.43%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 55% artıb.

Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 25.98% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 94.12% ilə restoran və otellər qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayan inflyasiya, cari ilin iyul ayından yenidən yüksəlməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR