Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulur.
Eyni zamanda Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklər Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə bağlı yeni vergi güzəştləri tətbiq olunur
© APA | Milli Məclis
17 noyabr 2021 15:47 (UTC +04:00)
Maliyyə
Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib
17:05
6 may 2024
Unibank kredit faizini aşağı salıb, kredit məbləği və müddəti artırıb
15:56
6 may 2024
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
15:47
6 may 2024
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
14:48
6 may 2024