Bank Of Baku

Xarici investorlar inkişaf etməkdə olan bazarlardan vəsaitlərini çıxarır

Xarici investorlar inkişaf etməkdə olan bazarlardan vəsaitlərini çıxarır
# 09 dekabr 2021 13:31 (UTC +04:00)

Noyabrın sonunda inkişaf etməkdə olan iqtisadiyyatların səhm və istiqraz bazarları (Çin istisna olmaqla) 2020-ci ilin martından bəri ilk dəfə qeyri-rezidentlər tərəfindən investisiyaların geri çıxarılması qeydə alıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (Institute of International Finance – IIF) açıqlamasında deyilir.

Qeyd olunur ki, investorlar yeni növ koronavirusun yayılması və ABŞ-da faiz artımı gözləntiləri fonunda bir çox inkişaf etməkdə olan iqtisadiyyatların gələn il pandemiyadan tam sağalmayacağı qorxusu səbəbindən bu aktivlərdən vəsait çıxarmağa başlayıb.

"Biz investorların inkişaf etməkdə olan bazarlarla işləmək istəyini itirdiyini görürük. Bu, təkcə Türkiyə kimi nümunələrə aid deyil", - deyə IIF-in baş iqtisadçısı Robin Bruks bildirib.

IIF-in məlumatına görə, inkişaf etməkdə olan iqtisadiyyatların səhm və istiqrazlarına xarici investisiya axını 2020-ci ilin IV rübündə maksimuma çatıb və o vaxtdan bəri azalıb, lakin cari rübə qədər müsbət qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR