“Bank Avrasiya”nın aktivlərinin həcmi 2017-ci il yanvarın 1-nə 143,417 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,3% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12,8% artaraq 90,189 mln. manat olub.
Hesabat dövründə bankın depozit portfeli 38,519 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 32% artım deməkdir. Öhdəliklərin həcmi isə 25,9% artaraq 90,841 mln. manata çatıb.
Bir il ərzində bankın məcmu kapitalı 2,04% artaraq 52,201 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.
“Bank Avrasiya”nın gəlirləri 19,2% artaraq 15,925 mln. manata, xərcləri isə 17,5% artaraq 7,225 mln. manata çatıb.
Ötən il ərzində bankın əldə etdiyi mənfəət 920,9 min manat təşkil edib.