Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan “ABB-Gürcüstan” bankının aktivləri 2015-ci ilin əvvəlinə 145,9 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,5% çoxdur.
ABB-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə,hesabat dövründə bankın kredit portfeli 10,3% artaraq 91,8 mln. lariyə çatıb.
Bankın müddətli depozitləri son bir ildə 2 dəfə artaraq 14,75 mln. lari olub.
Ötən il ərzində bankın məcmu kapitalı artaraq 40,7 mln. lari təşkil edib. Səhmdar kapitalı isə hesabat dövrünün sonuna 27,5 mln. lari olub.
Ümumlikdə isə hesabat dövründə “ABB-Gürcüstan”nın xalis mənfəəti 2 mln. 08 min lari təşkil edib.
Qeyd edək ki, “ABB-Gürcüstan” bankı 2006-cı ildə dövlət və vergi qeydiyyatından keçib, 2007-ci ilin fevralında Gürcüstan Milli Bankından bank əməliyyatları üçün lisenziya alıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 1 Gürcüstan larisi 0,3811 manat təşkil edir.