Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 22-dən 28-dək partnyor şəbəkəsində Azərbaycanın “Unibank”ın “Albalı” kartla 6 ay və daha artıq müddətli alış-veriş edən hər kəs etdiyi əməliyyatın 3,03%-i həcmində toplam bonus qazanacaq.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Albalı” kart sahibləri “Unibank”ın 300-ə yaxın partnyor mağazasında bu fürsətdən istifadə edə biləcəklər.
Qeyd edək ki, 3 il müddətinə kredit cəlb etməyə imkan verən “Albalı” kartı bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir.
“Albalı” kartı haqqında daha çox məlumat albali.az saytında almaq olar.