“Amay” MMC “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.
“APA-Economics”in məlumatına görə, iddia üzrə bu ilin dekabrın 12-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində İlham Əhmədovun hakimliyi ilə məhkəmə iclası keçirilib.
İcraatda olan iş üzrə çıxarılmış qərardaddan (ara qərardad) verilən şikayət təmin edilməyib və işlə birlikdə Apellyasiya məhkəməsinə göndərilib.