Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Amrahbank”ın aktivlərinin həcmi 2015-ci il yanvarın 1-nə 208,559 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 79,08% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32,34% artaraq 118,002 mln. manata çatıb.
2014-cü ildə istehlak kreditlərinin həcmi 58,197 mln. manat təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 59,56% artım deməkdir.
Bankın depozit portfeli hesabat dövrü ərzində 69,56% artaraq 108,982 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 54,483 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 15,22% çoxdur.
2014-cü ilin yanvar-dekabr ayları ərzində bankın ipoteka kreditlərinin həcmi 1,559 mln. manat olub ki, buda 2013-cü ilin analoji dövrü ilə müqayisədə 53,45% azdır və kreditlərin hamısı Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Hesabat dövründə bankın məcmu kapitalı 1,81 dəfə artaraq 55,327 mln. manata çatdığı halda, nizamnamə kapitalı 2,01 dəfə artaraq 39,844 mln. manat təşkil edib.
Ötən ildə “Amrahbank”ın gəlirləri 30,14% artaraq 30,071 mln. manat, xərcləri isə 38,69% artaraq 24,829 mln. manata olub.
Bankın əldə etdiyi mənfəət isə 4 mln. 188 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 23 filialı, 27 bankomatı, 503 POS-terminalı fəaliyyət göstərir.