Bakı. Yeganə Laçınzadə - APA-Economics. Fevralın 17-dən “Amrahbank” ASC-də ABŞ dollarında olan əmanətlər üzrə illik faiz dərəcələri 14%-ə qədər qaldırılıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın manatda olan əmanətlər üzrə illik faiz dərəcəsi isə 15%-ə bərabərdir. Hazırda “Amrahbank” banklar arasında əmanətlər üzrə ən yüksək illik faiz gəlirləri təklif edən banklardan biridir.
1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən, cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır. Hal-hazırda 23 filialı və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı, Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.