Bank Of Baku

“Amrahbank” yubiley kartlarının sahiblərinə illik 5% gəlir təklif edir

“Amrahbank” yubiley kartlarının sahiblərinə illik 5% gəlir təklif edir
# 12 iyul 2013 15:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən “Amrahbank” 20 illik yubiley münasibəti ilə yeni “Visa Classic”, “Visa Gold” və “Mastercard Platinum” sahiblərinə illik 5% gəlir təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu yubiley kartları üzrə SMS xəbərdarlıq və internet bank xidmətləri pulsuzdur, sığorta depoziti də tələb olunmur.

 

Pulsuz yubiley kartlarına sahib olmaq üçün hesabınıza “Visa Classic”üçün ilkin 100 AZN/USD,Visa Gold” üçün500 AZN/USD, “Mastercard Platinum” üçün -1 000 AZN/USD-dən başlayaraq ilkin mədaxillər etmək lazımdır. Digər cari hesablardan fərqli olaraq yubiley kartlarda hesabınızın qalığına illik 5% olmaqla gündəlik faizlər hesablanacaq. Bundan başqa, hesabdakı vəsaitin istənilən vaxt nağd əldə edilə bilməsi,ilkin mədaxilin kart hesabının valyutasına uyğun tətbiq edilməsi,on-layn ödənişlər, ticarət obyektlərində, kommunal ödəmə nöqtələrində nağdsız ödənişlər, card-to-card, mobilbank xidmətləriyubiley kartlarının digər üstünlüklərindəndir.

 

“Amrahbank”ın yubiley kartlarını əldə edə bilmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə bankın istənilən filialına müraciət etmək olar. Bundan başqa 987 saylı məlumat mərkəzinə və yawww.amrahbank.com,www.facebook.com/amrahbankinternet səhifələrinə daxil olmaqla yubiley kartlarının şərtləri ilə daha yaxından tanış olmaq olar. 

 

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından biridir. “Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

 

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır. Hazırda bankın 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR