“AtaBank”ın aktivlərinin həcmi 2018-ci ilin II rübündə 603,177 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,1% azdır.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13% azalaraq 465,079 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 8,38% artaraq 315,594 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 295,951 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19% artım deməkdir. Ümumilikdə, bankın öhdəlikləri hesabat dövrünün sonuna 458,813 mln. manat təşkil edir.
Bir il ərzində bankın məcmu kapitalı 3,49% azalaraq 139,662 mln. manat, nizamnamə kapitalı isə dəyişməyərək 119 mln. 924 min 800 manat təşkil edib.
Cari ilin yanvar-iyun aylarında bankın gəlirləri 23,653 mln. manat, xərcləri isə 25,109 mln. manat olub.
Bu ilin ilk altı ayını bank 122,840 min manat xalis mənfəətlə başa vurub.