Bank Of Baku

“AXA MBASK” yanğınla bağlı iri ödəniş həyata keçirib

“AXA MBASK” yanğınla bağlı iri ödəniş həyata keçirib
# 12 iyul 2013 07:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən “AXA MBASK” sığorta şirkəti daşınmaz əmlakın icbari sığortasına dair üzrə iri sığorta ödənişi həyata keçirib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəniş Bakı şəhərində olan mənzilin yanğını ilə bağlı olub.

 

Qəza nəticəsində xəsarət alan olmayıb, lakin əmlaka ziyan dəyib. “AXA MBASK” tərəfindən 15 075  manat məbləğində sığorta ödənişi mənzilin sahibinə verilib. Qeyd etmək lazımdır ki, ilin əvvəlindən daşınmaz əmlakın icbari sığortası ilə bağlı şirkət artıq  150 min manata yaxın sığorta ödənişi edib.

 

İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərti ilə on-line rejimində buraxılır.

 

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR