Bakı. Vahab Rzayev - APA-Economics. “Azər-Türk Bank” ASC bu gün yaranmasının 18 illiyini qeyd edir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Azər-Türk Bank” 18 illik yubileyi çərçivəsində kredit kartlarda endirim aksiyasını avqustun 15-dək qədər davam etdirəcək.
Qeyd edilən müddət ərzində müştərilər kredit kartları 50% endirimlə əldə edə biləcəklər. Kredit kartlarının illik faizi 22%, maksimal müddəti 3 il təşkil edir. Bu kartlar vasitəsilə dünyanın istənilən nöqtəsində ödəmə edə bilərsiniz. Kredit kartlarını almaq üçün ərizəyə tələb olunan sənədlərlə ən yaxın filialımıza müraciət etməniz kifayətdir.
Qeyd edək ki, bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Nəzərinizə çatdıraq ki, bank Türkiyənin “Ziraat Bankı”, Azərbaycanın “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı, Almaniyanın “Ziraat Bank İnternational AG” və “Turanbank” ASC tərəfindən təsis edilib.