Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azər-Türk Bank”ın aktivlərinin həcmi 2015-ci il yanvarın 1-nə 294,043 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,11 dəfə çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,51 dəfə artaraq 213,511 mln. manat olub.
Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi isə 59,5% artaraq 11,614 mln. manat olub.
Ötən il bankın depozit portfeli 5,62 dəfə artaraq 204,449 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 25,6810 mln. manat olub ki, bu da illik müqayisədə 81,17% artım deməkdir.
Hesabat dövründə bankın məcmu kapitalı 3,39 dəfə artaraq 53,734 mln. manata çatdığı halda, nizamnamə kapitalı 3,72 dəfə artaraq 50,000 mln. manat təşkil edib.
Bankın gəlirləri bir il ərzində 45,81% artaraq 17,076 mln. manata, xərcləri isə 83,24% artaraq 16,995 mln. manata çatıb.
Ümumilikdə, hesabat dövründə bankın əldə etdiyi mənfəət 80,20 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 4 filialı, 9 bankomatı, 42 POS-terminalı fəaliyyət göstərir.