Bank Of Baku

«Azər-Türk Bank»ın aktivləri 34% artıb

 «Azər-Türk Bank»ın aktivləri 34% artıb
# 28 noyabr 2013 09:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 96,746 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,4% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 40,0% artaraq 65,821 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 27,504 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə olan göstəriciyə nisbətən 26,7% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 53,6% artaraq 5,132 mln. manata, məcmu kredit portfelində xüsusi çəkisi isə 0,7 faiz bəndi artaraq 7,8%-ə çatıb.

 

Bankın depozit portfeli son bir ildə 28,2% artaraq 39,812 mln. manat olub. O cümlədən, əhalinin əmanətlərinin həcmi 13,470 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 22,0% azdır.


Son bir ildə bankın məcmu kapitalı 14,3% artaraq 15,210 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməyib və 12,243 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 19,3% artaraq 32 788, o cümlədən, fiziki şəxslərin sayı 20,0% artaraq 31 787, hüquqi şəxslərin sayı 5,0% azalaraq 1 001 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 3 341-ə bərabər olub ki, bu da illik müqayisədə 17,9% çoxdur. O cümlədən, debet kartların sayı 22,2% artaraq 2 187-ə, kredit kartların sayı 12,5% artaraq 1 154-ə çatıb.


Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı, 45 POS-terminalı fəaliyyət göstərir. Bankın 146 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR