Bank Of Baku

“Azərbaycan Sənaye Bankı” öhdəliklərini artırıb

“Azərbaycan Sənaye Bankı” öhdəliklərini artırıb
# 15 yanvar 2018 14:15 (UTC +04:00)

“Azərbaycan Sənaye Bankı”nın aktivlərinin həcmi 2017-ci ilin IV rübündə 945,189 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,1% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 0,47% artaraq 298,830 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 45,3% artaraq 628,657 mln. manata çatıb. Öhdəliklərin həcmi isə 21,7% artaraq 854,830 mln. manat təşkil edib.

 

Bir il ərzində bankın məcmu kapitalı 5,57% artaraq 83,971 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat təşkil edib.

 

Qeyd edək ki, bank ötən ili 4 mln. 357,29 min manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR