Bank Of Baku

“Azərsu” əməkdaşları bəzi tibbi xidmətlərdən güzəştli şərtlərlə istifadə edə biləcək

“Azərsu” əməkdaşları bəzi tibbi xidmətlərdən güzəştli şərtlərlə istifadə edə biləcək
# 24 aprel 2018 14:59 (UTC +04:00)

İşçilərin tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və bu xidmətlərdən güzəştli şərtlərlə istifadəsini təmin etmək məqsədilə “Azərsu” ASC ilə “Alliance Assist Group” MMC şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

 

“Azərsu” ASc-dən "APA-Economics"ə verilən məlumata görə, müqaviləyə əsasən, “Alliance Assist Group” MMC şirkəti  “Azərsu” ASC-nin işçiləri və onların ailə üzvləri üçün müvafiq razılıq əldə etdiyi tibb müəssisələrində, idman, sağlamlıq, turizm mərkəzlərində və digər sosial obyektlərdə güzəştli şərtlərlə xidmətlər göstərilməsinə dəstək verəcək.

 

İlkin razılığa əsasən, Səhmdar Cəmiyyətin əməkdaşları və onların ailə üzvləri 30-dək tibb müəssisəsinin  xidmətlərindən güzəştli şərtlərlə yararlana biləcək. Bu şirkətlər arasında "Alliance Clinic", "LOR Hospital", "Baku  Medikal Plaza", "Mərkəzi Neftçilər Xəstəxanası", "Modern Hospital", "Caspian İnternational Hospital", "Baku City Hospital", "Turan Klinikası", "Həyat Klinikası", Respublika Müalicəvi Diaqnostika Mərkəzi, "Referans Klinik Laboratoriya", Mərkəzi Gömrük Hospitalı,  Zəfəran Hospital  və digər tibb müəssisələri var.

 

Bu müəssisələrdə işçilərə təcili yardım, laboratoriya, rentgen, MRT (maqnetik rezonans tomoqrafiyası), KT (kompüter tomoqrafiyası), USM (ultrasəs müayinə), mammoqrafiya, cərrahiyyə, stomatologiya, vaksinasiya, fizioterapiya və reabilitasiya, dermatologiya və s. tibbi xidmətlərlə bağlı müayinənin növündən asılı olaraq xidmət haqqına 40 faizədək güzəşt əldə edəcəklər.  Bu güzəştlərdən işçilərin ailə üzvləri də yararlana biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR