Bank Of Baku

“AzRe”nin səhmdarları kapitallaşma və dividendlərin ödənilməsini müzakirə edəcək

“AzRe”nin səhmdarları kapitallaşma və dividendlərin ödənilməsini müzakirə edəcək
# 25 yanvar 2017 04:50 (UTC +04:00)
Fevralın 24-də “AzRe Təkrarsığorta”ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. “APA-Economics" verir ki, bu barədə şirkətin İdarə Heyətinin yaydığı məlumatda bildirilir.
 
 
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
 
1. 1 yanvar 2016-cı il tarixə cəmiyyətin xalis mənfəəti hesabına səhmlərin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılması və səhmin hər birinin nominal dəyəri barədə.
 
2. Səhmdarların nizamnamə kapitalında paylarının müəyyən edilməsi.
 
3. Cəmiyyətin aidiyyəti şəxsləri ilə əqdlərin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin İdarə Heyətinə həvalə edilməsi.
 
4. Nizamnamə kapitalının artırılması və aidiyyəti şəxslərlə bağlı nizamnaməyə dəyişikliklər barədə sənədin təsdiq edilməsi.
 
5. Nizamnamə kapitalının artırılmasının dövlət qeydiyyatı ilə əlaqədar tələb olunan bütün sənədlərin, o cümlədən müraciət ərizələrinin imzalanması üçün səlahiyyətli nümayəndənin təyin edilməsi.
 
6. Cəmiyyətin nizamnamə kapitalının artırılmasının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin müvafiq dövlət orqanlarına təqdim olunması, alınması və cəmiyyətin rəhbərliyinə təhvil verilməsi üçün səlahiyyətli nümayəndənin təyin edilməsi.
 
7. Cəmiyyətin rəhbər işçiləri ilə əmək müqaviləsinin imzalanması barədə.
 
8. 2016-cı ilin yekun maliyyə hesabatlarının təsdiq olunması.
 
9. Cəmiyyətin bölüşdürülməmiş mənfəəti hesabına səhmdarlara dividendlərin verilməsi.
 
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla (sənədlərlə) iclasın keçirilmə tarixinə qədər cəmiyyətin ofisində tanış ola və öz təkliflərini verə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR