“Bakı Metropoliteni” QSC tərəfindən keçirilmiş “Bakı Metropoliteni” QSC-nin tələbatını təmin etmək məqsədilə 1900x800x400mm ölçülü dəmir dolabların satınalınmasına dair müsabiqənin nəticələri açıqlanıb.
“APA-Economics” xəbər verir ki, müsabiqədə “GBS” MMC şirkəti qalib elan olub.
Qalib gəlmiş təşkilat ilə mayın 22-də ƏDV daxil 24 072,00 manat (iyirmi dörd min yetmiş iki manat 00 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.