Bank Of Baku

“Bakı Poladtökmə ” ASC, “Baku Steel Company”in “Yeni Müsavat” qəzetinə qarşı iddiası qismən təmin olunub

“Bakı Poladtökmə ” ASC,  “Baku Steel Company”in  “Yeni Müsavat” qəzetinə qarşı iddiası qismən təmin olunub
# 11 iyul 2013 13:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xətai rayon Məhkəməsində “Bakı Poladtökmə ” ASC,  “Baku Steel Company” və həmin müəssisələrin direktoru Oqtay Rəfiyevin  “Yeni Müsavat” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, iddia qismən təmin olunub. Belə ki, məhkəmə qəzetin təkzib verməsi haqqında qərar qəbul edib.

 

Qeyd edək ki, “Yeni Müsavat” qəzetində dərc olunan “Zülfüqarlı qardaşlarının yağmalanan zavodu bağlandı” başlıqlı məqalədə “Bakı Poladtökmə” zavodunda işlərin qəfil dayandığı və orada çalışan 600-ə qədər fəhlənin öz hesablarına məzuniyyətə göndərildiyi vurğulanıb. Bundan narazı qalan qarşı tərəf isə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qəzetin təkzib verməsini və onlara vurulan mənəvi ziyana görə, 1 milyon manat təzminat ödəməsini tələb edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR