Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən (QKDK) “Bakı Sığorta” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydiyyata alınıb.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 1 mln. 160 manat, bir səhmin nominal dəyəri 760 manat təşkil edir.
Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Hazırda şirkətin nizamnamə kapitalı 8 mln. 373,679 min manatdır.
Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 11,94% artaraq 9 mln. 373,839 min manata çatacaq.