Bank Of Baku

“Bank BTB” I rüb üzrə maliyyə göstəricilərini açıqlayıb

“Bank BTB” I rüb üzrə maliyyə göstəricilərini açıqlayıb
# 24 aprel 2018 10:14 (UTC +04:00)

Bankdan “”APA-Economics”ə verilən xəbərə görə, bankın aktivləri 290 mln. 269,7 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artım deməkdir. Bankın kredit portfelində eyni dövr ərzində 24% artım var.

 

Rübün nəticələrinə əsasən, bankda depozit portfelinin həcmi isə 66 mln. 76,37 min manat təşkil edib ki, ötən  ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 31% çoxdur.

 

Bank mənfəət və zərər hesabatını da açıqlayıb. Hesabat dövründə Bank “BTB” 298,36 min mənfəət əldə edib.

 

Bank “BTB” ASC -in məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 54 mln. 57,43 min manat təşkil edir, nizamnamə kapitalı isə 66 mln. 450 min manat təşkil edir.

 

Məlumat üçün bildirək ki, Bank “BTB” ASC 2010–cu ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 10 filialı, 6 şöbəsi var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR