Bank Of Baku

“Bank Melli İran Baku” ötən il öhdəliklərini azaldıb

“Bank Melli İran Baku” ötən il öhdəliklərini azaldıb
# 12 yanvar 2018 08:57 (UTC +04:00)

“Bank Melli İran Baku”nun aktivlərinin həcmi 2017-ci ilin IV rübündə 100,498 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 53,2% azalaraq 3,355 mln. manat olub.

 

Hesabat dövründə bankın cəmi öhdəliklərinin həcmi 46,7% azalaraq 31,213 mln. manat təşkil edib.

 

Bir il ərzində bankın nizamnamə kapitalı 43,12% artaraq 73 mln. 611 min 171,44 manat təşkil edib.

 

Qeyd edək ki, “Bank Melli İran Baku” ötən ili 6 mln. 923 min 173,95 manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR