Bank Of Baku

“Bank Nikoil” aktivlərini 35% artırıb

“Bank Nikoil” aktivlərini 35% artırıb
# 26 yanvar 2015 10:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə “Bank Nikoil”in aktivlərinin həcmi 365,957 mln. manat təşkil edib ki, bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,3% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü illə müqayisədə 2014-cü ildə bankın kredit portfeli 28,59% artaraq 287,792 mln. manat olub.

 

Hesabat dövründə istehlak kreditlərinin həcmi 72,304 mln. manat təşkil edib ki, bu da 49,72% azalma deməkdir.

 

2014-cü ilin yanvar-dekabr ayları ərzində bankda vaxtı keçmiş kreditlərin həcmi 4,88% artaraq 39,802 mln. manat olub ki, bu da, kredit portfelinin 13,83%-ni təşkil edir.

 

Bankın ipoteka kreditlərinin həcmi ötən il 78,86% artaraq 30,117 mln. manat olub ki, kreditlərin 26,447 mln. (87,81%)  manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Hesabat dövründə bankın depozit portfeli 40,43% artaraq 211,491 mln. manat təşkil edib. Əmanətlərinin həcmi isə 164,776 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 26,42% çoxdur.

 

Ötən il ərzində “Bank Nikoil”in məcmu kapitalı 1,39% artaraq 57,129 mln. manat təşkil edib. Nizamnamə kapitalı isə dəyişməyərək 34,5 mln. manat qalıb.

 

Bu il yanvarın 1-nə bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 35,32% artaraq 49,927 mln. manat olub. Xərclər isə 51,54% artaraq 53,684 mln. manata çatıb.

 

Ümumilikdə, 2014-cü ildə bankın əldə etdiyi mənfəət 2,262 mln. manat olub.

 

Hazırda bankın ölkə üzrə 21 filialı, 38 bankomatı, 304 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR