Bakı - APA-Economics. “14 fevral Sevgililər günü” ilə əlaqədar “Bank of Baku” “Bolkart” sahibləri üçün “Sevgi dolu kampaniya” elan edir.
Fevral ayının 13-dən 15-dək “Bolkart” sahibləri kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini 14 ayadək ödəmək imkanı qazanır.
Beləliklə, “Bolkart” sahibi 3, 6 və ya 12 ay ödənişli mağazada cari il 13-15 fevral tarixlərində alış-veriş edəcəyi təqdirdə əlavə 2 ay hədiyyə qazanaraq, malın dəyərini 5, 8 və 14 aya bölüb ödəmək imkanını əldə edəcək.
Bu kampaniya yalnız 1 aylıq ödəmə müddətli mağazalara şamil edilmir.
“Bolkart”ın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin siyahısı burada: http://www.bolkart.az/?/az/stores/
Hazırda yüz minlərlə Azərbaycan vətəndaşı “Bolkart”dan gündəlik istifadə edib, kartın müxtəlif üstünlüklərindən bəhrələnir.
“Bolkart”ın onlayn sifarişi: http://bolkart.az/#openorder
Ətraflı məlumat: www.facebook.com/Bolkart