Bakı - APA-Economics. Azərbaycan “Bank of Baku” ASC-nin “Bolkart” sahibləri “İnteqralPlus” şəbəkəsinə aid olan “Samsung Store” brend mağazasında iyul ayının sonunadək güzəştli alış-veriş edə bilərlər.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Samsung” şirkətinin ən yeni mallarının satıldığı “Samsung Store” paytaxtın 28 may küçəsi, 42 ünvanında yerləşir.
“Bolkart” sahibləri burada son model mobil telefonlar, o cümlədən “Samsung Galaxy S4”, audio və video texnika, planşet kompüterlər, müxtəlif aksessuarlar və digər mallar ala bilərlər. Kampaniya ərzində “Bolkart”la alınan məhsulun dəyərini əlavə xərcsiz 12 ay ərzində ödəmək mümkündür.
Xatırladaq ki, “Bolkart” kredit kartı alınan malın dəyərini 1, 3, 6 və 12 aya bölüb hissə-hissə ödəməyə imkan verir. “Bolkart”ı artıq 110 mindən çox şəxs əldə edib və bu rəqəm dinamik şəkildə artır. Bu gün “Bolkart”la ölkənin 1 mindən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Eyni zamanda “MasterCard” loqolu “Bolkart”dan xarici ölkələrdəki “MasterCard” loqosu olan ticarət mərkəzlərində, həmçinin qlobal miqyasda internetdə alış-veriş üçün istifadə etmək olar.
“Bolkart” sifariş etmək üçün “Bank of Baku”nun istənilən filialına baş çəkmək və ya onlayn sifariş vermək yetərlidir: www.bolkart.az. “Bolkart” barədə istənilən sualı www.facebook.com/bolkart saytında vermək olar.