Bank Of Baku

“Bank of Baku” ötən ili 50 mln. manatdan artıq mənfəətlə başa vurub

“Bank of Baku” ötən ili 50 mln. manatdan artıq mənfəətlə başa vurub
# 18 fevral 2015 08:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Bank of Baku” ASC-nin aktivlərinin həcmi 748,192 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,42% çoxdur.

 

APA-Economics”in məlumatına görə, 2013-cü il ilə müqayisədə ötən il bankın kredit portfeli 15,49% artaraq 659,343 mln. manat olub.

 

Ötən il bankın kredit portfelində istehlak kreditlərinin payı 545,380 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,92% çoxdur.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 88,39% artaraq 47,841 mln. manat olub.

 

Bankda əhalinin əmanətləri hesabat dövrü ərzində 6,91% artaraq 419,973 mln. manata bərabər olub.

 

Bir il ərzində bankın məcmu kapitalı 10,94% artaraq 138,232 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 52 mln. 870 min manat təşkil edib.

 

Ötən il bankın gəlirləri 2013-cü ilə nisbətən təxminən 23,23% artaraq 137,059 mln. manat, xərcləri isə 35,10% artaraq 86,101 mln. manata çatıb.

 

2014-cü ildə bankın əldə etdiyi mənfəət 50,958 mln. manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 24 filialı, 44 bankomatı, 1662 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR