Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə “Bank Respublika”nın aktivlərinin həcmi 509,767 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,86% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,44% artaraq 311,506 mln. manat olub.
Depozit portfeli 2014-cü il ərzində 344,332 mln. manata çatıb ki, bu da illik müqayisədə 11,45% artım deməkdir. Əhalinin əmanətlərinin həcmi isə 9,97% artaraq 127,110 mln. manata bərabər olub.
Hesabat dövründə bankın məcmu kapitalı 6,24% artaraq 67,372 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 37 mln. 461 min manat təşkil edib.
Bankın gəlirləri illik müqayisədə 11,63% artaraq 67,019 mln. manata çatıb. Xərcləri isə 16,36% artaraq 53,127 mln. manat olub.
Hazırda bankın ölkə üzrə 32 filialı, 57 bankomatı, 867 POS-terminalı fəaliyyət göstərir.