“Bank Respublika”-nın cəmi gəlirləri 45 mln. 472 min manat təşkil edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankda fiziki şəxslərin depozitləri artıb. Cari il iyunun 30-da bu əmanətlərin həcmi 197 mln. 131 min manat təşkil edirdisə, hal-hazırda bu məbləğ 212 mln. 988 min manata çatıb.
Kredit portfeli bu ilin birinci yarısında 245 mln. 357 min manat təşkil edirdisə, hesabat dövrünə 224 mln. 574 min manatadək azalıb. Bankdan verilən məlumata görə, buna səbəb qeyri-standart kreditlərlə aparılan iş nəticəsində həmin portfelin azalması olmuşdur.
Bankın qeyri-standart kreditləri bu ilin 2-ci rübü ilə müqayisədə 2 dəfədən çox azalaraq 5,3 % təşkil edib. Bank kreditlər üzrə 9 mln. 745 min manat adi və məqsədli ehtiyat yaradıb.
Cari ilin 30 sentyabr tarixinə “Bank Respublika” ASC-nin cəmi aktivləri 710 mln. 542 min manat, cəmi öhdəlikləri 663 mln. 940 min manat, cəmi balans kapitalı isə 46 mln. 602 min manat olub.
Cari ilin 9 ayı ərzində ümumi depozit portfeli 459 mln. 67 min manat təşkil edib.
Aktivlər üzrə mümkün zərərləri qarşılamaq üçün 6 mln. 186 min manat ayrılmış xüsusi ehtiyatın yaradılması nəticəsində, bu ilin 9 ayını bank 1 mln. 619 min manat zərər ilə yekunlaşdırıb.