Bank Of Baku

® "Bank Respublika" cari ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

<font color=red>® </font>"Bank Respublika" cari ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
# 11 noyabr 2016 15:39 (UTC +04:00)

“Bank Respublika” cari ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu ilin oktyabrın 1-nə “Bank Respublika”nın aktivləri 913 mln. manat səviyyəsinə çatıb ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

 

Hesabat dövrünün sonuna bankın kredit portfeli 251 mln. manat təşkil edib. Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı ötən ilin eyni dövrünə nisbətən 2% azalmaqla 9,3%-dən aşağı enib.

 

Bankın gəlirləri 34 mln. manat, xərcləri isə 19 mln. manat təşkil edib. Hesabat dövrü ərzində aktivlər üzrə 50 mln. manat əlavə ehtiyat yaradılıb.

 

Bankın depozit portfeli 229 mln. manat təşkil edərək, cari  ilin 1-ci rübü ilə müqayisədə 11,4 % artıb.

 

“Bankın likvidlik əmsalının qəbul edilmiş likvidlik normalardan ikiqat artıq olması bir daha təsdiq edir ki, likvidlik yüksək səviyyədədir. Sentyabr ayında bankın nizamnamə kapitalı 20 mln. manat məbləğində artırılıb. Əsasən kart məhsulları ilə seçilən “Bank Respublika” bu dövrdə aktiv kartların sayını 95 minə çatdırıb və bu kartlar vasitəsilə aparılan əməliyyatların məbləği 2015-ci ilin eyni dövrü ilə müqayisədə 20% daha çoxdur.

Cari ilin 9 ayı ərzində bankın yeni müştərilərinin sayı 1,54 dəfə artıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR