Bank Of Baku

“Bank VTB (Azərbaycan)” aktivlərini 40%-ə yaxın artırıb

“Bank VTB (Azərbaycan)” aktivlərini 40%-ə yaxın artırıb
# 28 yanvar 2015 12:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə, “Bank VTB (Azərbaycan)”ın aktivləri 288,922 mln. manat təşkil edib ki, bu da 2013-cü il ilə müqayisədə 38,65% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ötən il kredit portfeli 49,23% artaraq 278,689 mln. manat təşkil edib.

 

Həmçinin, ötən il istehlak kreditlərinin həcmi 134,224 mln. manata çatıb ki, bu da 2013-cü ilə müqayisədə 45,84% çoxdur. 

 

Ötən il bankda ipoteka kreditlərinin həcmi 6,859 mln. manata çatıb.

 

2014-cü ilin yanvar-dekabr aylarında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2013-cü ilin analoji dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 21,220 mln. manat olub ki, bu da mövcud kredit portfelinin cəmi 7,6%-ni təşkil edir.

 

Əhalinin əmanətlərinin həcmi isə 8,615 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 66,27% artım deməkdir.

 

Bir il ərzində bankın məcmu kapitalı 12,17% artaraq 50,207 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50,815 mln. manat təşkil edib.

 

Bankın gəlirləri bu ilin yanvarın 1-nə 40,848 mln. manat olub ki, bu da 2013-cü il ilə müqayisədə 89,87% çoxdur. Son 1 ildə bankın xərcləri isə 83,1% artaraq 36,651 mln. manat olub.

 

2014-cü ilin 12 ayı ərzində bankın əldə etdiyi mənfəət 4 mln. 287 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 12 filialı, 13 bankomatı, 13 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR