Bank Of Baku

“Bank VTB (Azərbaycan)” Bakıda filial şəbəkəsini genişləndirir - FOTO

“Bank VTB (Azərbaycan)” Bakıda filial şəbəkəsini genişləndirir - <span style="color: red;">FOTO
# 13 fevral 2015 13:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Bakıda “Bank VTB (Azərbaycan)”ın “Neftçilər” filialının açılışı olub.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Neftçilər” filialı Qara Qarayev 53 ünvanında, “Neftçilər” metro stansiyasının çıxışında yerləşir.

 

Yeni ofisin açılış mərasimində  “Bank VTB (Azərbaycan)”ın İdarə heyətinin və müşahidə şurasının üzvləri, “AtaHolding” nümayəndəsi, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.

 

“Yeni filialın açılışı bizə hər müştəriyə daha da yaxın olmağa imkan verəcək. “Bank VTB (Azərbaycan)”ın əsas məqsədi bütün müştərilərinə keyfiyyətli bank xidmətləri göstərməkdir. Biz filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bu il əsas diqqət regionlarda filiallarımızn açılışına yönələcək”, - deyə “Bank VTB (Azərbaycan)”ın İdarə heyətinin sədri bildirib.

 

Qeyd edək ki, yeni ofisdə bankın müştərilərinə geniş çeşidli bank məhsulları təklif olunacaq, sərfəli şərtlərlə kreditlər, depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstəriləcək. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcək, bankın yüksək keyfiyyətli mütəxəssisləri isə onların tələblərinə uyğun təklif seçməyə kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR