Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” 2015-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin aprelin 1-nə “Bank VTB (Azərbaycan)”ın aktivlərinin həcmi 367 mln. 397,94 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstərici ilə müqayisədə 78,89% çoxdur.
Hesabat dövründə bankın kredit portfeli 323 mln. 917,34 min manat təşkil edib. Bu isə illik müqayisədə 66,64% artım deməkdir.
Bundan başqa, vaxtı keçmiş kreditlərin həcmi 41 mln. 187,5 min manata çatıb. Bu isə ümumi kredit portfelinin 11,9%-ni təşkil edir.
Hesabat dövründə istehlak kreditlərinin həcmi 72,79% artaraq 161 mln. 865,3 min manat olub.
Cari ilin ilk 3 ayında bankın depozitlərinin həcmi 45,97% artaraq 22 mln. 321,78 min təşkil edib.
Bankın məcmu kapitalı 3,81% azalaraq 41 mln. 941,82 min manat, nizamnamə kapitalı isə dəyişməyərək 50,815 mln. manat təşkil edib.
Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” cari ilin I rübünü 6 mln. 979,21 min manatlıq zərərlə başa vurub.