Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 10-15-də “Bank of Baku”nun “Bolkart”ı ilə “Sabina” mağazalar şəbəkəsindən hər 80 manatlıq alış-veriş edənlər 10 manatlıq “Sabina” hədiyyə kartı alacaqlar.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda alış-veriş edən kart sahibi 6 aya əlavə xərcsiz ödəmə imkanı da qazanmış olacaq.
Daha çox miqdarda alış-veriş edən “Bolkart” istifadəçisi, daha böyük məbləğli hədiyyə əldə edəcək. Məsələn, “Bolkart” sahibi 160 manatlıq alış-veriş etdikdə 20 manatlıq “Sabina” hədiyyə kartı əldə etmiş olacaq. Hədiyyə kartını almış şəxs istənilən zaman mövcud balans çərçivəsində “Sabina” parfümeriya və kosmetika mağazalar şəbəkəsindən istədiyi məhsulu əldə edə bilər.
Beləliklə, hər bir “Bolkart” sahibi ölkənin parfümeriya sektorunun aparıcı şəbəkələrindən biri olan “Sabina” parfümeriya və kosmetika mağazalarında dünya şöhrətli ətriyyat məhsullarını alıb, haqqını aylar ərzində hissə-hissə ödəyə bilər.
Ətraflı məlumat: www.facebook.com/bolkart və “Sabina” mağazalar şəbəkəsi (012) 492-65-37.