Bakı. Musa Əhmədov – APA-Economics. İyulun 11-də “Dekabank” KB ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda bankın 2015-ci ilin maliyyə hesabatlarının təsdiqi, bankın nizamnaməsində dəyişikliyin edilməsi və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, növbədənkənar ümumi yığıncaq bankın baş ofisində keçiriləcək.