Bank Of Baku

“DəmirBank” “Böyük gələcəyə kiçik körpülər” adlı layihəyə start verib

“DəmirBank”  “Böyük gələcəyə kiçik körpülər” adlı layihəyə start verib
# 03 fevral 2015 12:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “Böyük gələcəyə kiçik körpülər” adlı layihəyə start verib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, layihənin məqsədi övladı yeni dünyaya gəlmiş valideynlərə övladlarının gələcəklərini təmin etməkdə yardımçı olmaqdır.

 

Layihə çərçivəsində “DəmirBank”ın əməkdaşlıq etdiyi klinikalarda övladı yeni dünyaya gəlmiş valideynlərə sertifikat təqdim olunacaq. Həmin sertifikatı “DəmirBank”a təqdim etməklə övladının adına “Yığım” əmanəti hesabı açan valideynlərə yatırdıqları məbləğ qədər vəsait hədiyyə ediləcək.

 

Qeyd edək ki, “DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR