Bank Of Baku

“DəmirBank” Mərkəzi Bankın kapitala olan minimum tələblərini üstələyib

“DəmirBank” Mərkəzi Bankın kapitala olan minimum tələblərini üstələyib
# 20 aprel 2015 06:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il aprelin 1-nə “DəmirBank”ın aktivlərinin həcmi 478,5 mln. manat təşkil edib.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, 2015-ci ilin I rübünə “DəmirBank”ın məcmu kapitalı 58,8 mln. manat təşkil edib ki, bu da Mərkəzi Bankın məcmu kapitala olan tələbini 8,8 mln manat üstələyir. 

 

“DəmirBank” 2004-cü ildə “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olub. Bununla yanaşı, ən son valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən sonra “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyi tərəfindən Bank “stabil” proqnozlu “B” reytinqi almışdır. Həmçinin DəmirBank “Planet Rating” agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir ki, bunlar da Azərbaycan bank sektorunda yüksək reytinqlər sırasındadır. Reytinq proqnozları isə bankın inkişafı ilə bağlı müsbət gözləntilərdən xəbər verir.

 

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR