Bank Of Baku

“DəmirBank” müştərilərinə 10%-dək güzəştli kredit təklif edir - FOTO

“DəmirBank” müştərilərinə 10%-dək güzəştli kredit təklif edir - <span style="color: red;">FOTO
# 11 fevral 2015 10:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “Güzəştli kredit” aksiyası çərçivəsində nağd pul krediti götürmək istəyən  müştərilərinə 10%-dək güzəştli kredit təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiyanın şərtlərinə görə müştərilər 5000 manatadək nağd pul kreditini illik faiz dərəcəsində 10%-dək endirimlə əldə edə bilərlər. Bununla yanaşı, askiyada DəmirTaksit kartı müştərilərə pulsuz təqdim edilir.

Qeyd edək ki, “Güzəştli kredit” aksiyası martın 31-dək davam edəcək.

 

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR