Bank Of Baku

“DəmirBank” müştərilərinə sərfəli “Energocredit”lər təklif edir

“DəmirBank” müştərilərinə sərfəli “Energocredit”lər təklif edir
# 18 fevral 2015 12:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “Energocredit” layihəsi çərçivəsində müştərilərinə sərfəli “Energocredit”ləri təklif edir. 

 

Bankdan “APA-Economics”ə verilən məlumata əsasən, müştərilər daha səmərəli texniki avadanlıq,  materiallar və məişət avadanlıqları əldə etməklə, enerjiyə ödədikləri vəsaitə qənaət edə bilərlər. Bununla yanaşı, “Energocredit” müştərilərə məhsul dəyərinin 10%-ni nağd şəklində geri almaq imkanı verir.

 

Qeyd edək ki, “DəmirBank” “Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB)  tərəfindən tətbiq edilən “Energokredit” layihəsinə 2014-cü ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dolları ayırıb.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR