Bank Of Baku

“DəmirBank” poliqrafiya xidmətləri və reklam konstruksiyaları üzrə açıq tender elan edir

“DəmirBank” poliqrafiya xidmətləri və reklam konstruksiyaları üzrə açıq tender elan edir
# 19 fevral 2015 09:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” poliqrafiya xidmətləri və reklam konstruksiyaları üzrə açıq tender elan edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tender poliqrafiya xidməti, məhsulun çapından sonra vaxtında ünvana çatdırılması və reklam konstruksiyalarının hazırlanması, montajı, təmiri üzrə həyata keçirilir.

 

Tenderdə iştirak üçün aşağıdakı sənədlər martın 16-sı saat 18:00-a qədər poçt vasitəsi ilə və ya şəxsən “DəmirBank”ın baş ofisinə (Qarabağ küçəsi, 31) təqdim edilməlidir:

 

•        Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət (ərizə);

•        İştirakçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;

•        İştirakçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN) və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, ehtiyac olduqda lisenziya) surətləri;

•        Ərizə, tender təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

•        İştirakçının potensial imkanlarının olması haqqında məlumat (Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar);

•        Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

•        Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair son vergi ilində təmin edilməmiş öhdəliklərin olub - olmaması haqqında arayış;

•        Tender təklifi iki nüsxədə (əsli və surəti) və tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı ilə birlikdə ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə.

 

Qeyd edək ki, tender iştirak formasını  www.demirbank.az saytından əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR