Bank Of Baku

“Dəmirbank” rübü zərərlə başa vurub

“Dəmirbank” rübü zərərlə başa vurub
# 01 noyabr 2017 09:11 (UTC +04:00)

“Dəmirbank”ın aktivlərinin həcmi 2017-ci ilin III rübündə 429,329 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,02% azdır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26 azalaraq 282,589 mln. manat olub.

 

Hesabat dövrünün sonuna bankın depozit portfelinin həcmi 32,03% azalaraq 117,215 mln. manat, əhalinin əmanətlərin həcmi 32,45% azalaraq 108,419 mln. manat təşkil edib. Öhdəliklərin həcmi isə 9 ayda 403,762 mln. manat olub.

 

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 20,982 mln. manat, məcmu kapital isə 53,93% azalaraq 26,041 mln. manat təşkil edib.

 

Hesabat dövründə bankın gəlirləri 73,377 mln. manat, xərcləri isə 40,380 mln. manat olub. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 52,675 mln. manat ayırıb.

 

Qeyd edək ki, bank bu ilin 9 ayını 20 mln. 392,860 min manatlıq zərərlə başa vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR