Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” “Uşaq” əmanəti ilə valideynlərə övladlarının gələcək maliyyə durumlarını sığortalamağı və vəsaitlərinin təhlükəsizliyini təmin etməyi təklif edir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirBank” valideynlərə iki növ “Uşaq” əmanəti təklif edir. Bunlardan biri “Hər rüb faizləri kapitallaşan uşaq əmanəti” növüdür ki, burada hesablanmış faizlər hər rüb əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faizlər hesablanır. Digər - “Hər rüb faizlər hesablanaraq cari hesaba köçürülən uşaq əmanəti”- növü isə istənilən vaxt faizləri cari hesabdan götürmək imkanı verir.
“Uşaq” əmanət hesabı açmaq üçün minimum 100 manat ilkin mədaxil edilməlidir. Maksimum 18 il müddətə açılan “Uşaq” əmanətini manat, avro və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.
“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
“DəmirBank” eyni zamanda “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149