Bank Of Baku

“DəmirBank”ın “DəmirTaksit” kart istifadəçiləri Türkiyəyə səyahət paketi qazanıb - FOTO

“DəmirBank”ın “DəmirTaksit” kart istifadəçiləri Türkiyəyə səyahət paketi qazanıb - <span style="color: red;">FOTO
# 10 fevral 2015 07:52 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “Xallar” aksiyası çərçivəsində ən çox xal toplayan “DəmirTaksit” kart istifadəçilərini Türkiyəyə səyahət paketi ilə mükafatlandırıb.

 

Bankdan APA-Economics”ə verilən məlumata görə, bununla yanaşı, bank “Xallar” askiyasında fəal iştirak edən digər müştərilərinə notebook (Toshiba), planşet (Samsung Tab 3) və mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr  təqdim edib. 2014-cu il dekabrın 1-dən 27-dək “DəmirTaksit” kartı üzrə keçirilən “Xallar” aksiyasının qalibləri topladıqları xallara görə müəyyən olunub.

 

Qeyd edək ki, 35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR